Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Dünyanın ən uzun ilanı öldü

Dünyanın ən uzun pitonu 10 apreldə Malayziyada ölüb.
İlan tikinti meydanlarından birinin ortasında, üstünə ağac yıxılmış vəziyyətdə tapılıb. Ehtimal edilir ki, bu, qəza deyil, qəsdən ilanı öldürmə əməliyyatı olub. İlan bu günə qədər yaxalanan hər hansı başqa ilandan fərqli olaraq, öz uzunluğuna görə tarixə düşə bilər. Belə ki, onun uzunluğu 8 metrdir. Amma hazırda “Ginnesin rekordlar kitabı”nda ən uzun ilan kimi qeydiyyata düşən ilanın uzunluğu 7 metr 67 santimetrdir. Bundan başqa, o, çəkisinə görə də hazırda ən ağır ilanı geridə qoyub. Belə ki, onun çəkisi 250 kilodur. Amma amerikan ilanı cəmi 158 kilo olub.
Hələlik Malayziya ilanının çəki və uzunluğunu könüllülər müəyyənləşdiriblər. Rekord qeydiyyatçıları tərəfindən hər hansı yoxlama baş verməyib./musavat/
680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber