Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Sürücü qaydanı pozarsa, ölüxanada işləməlidir

Tayland hökumətinin təsdiq etdiyi yeni qanuna əsasən, içkili və bir neçə dəfə yol hərəkət qaydalarını pozan şəxslər ölüxanalarda işləməyə göndəriləcək.
Tayland hökuməti ötən həftə bu ölkədə yeni il tətillərində yol hərəkəti qaydalarının pozmasının artması və qəzaları azaltmaq məqsədi ilə yeni qanun qəbul edib. Yeni qanuna görə, içkili və bir neçə dəfə qanunu pozan sürücülər işləmək üçün ölüxanalara göndəriləcək. Bu qanun motorsiklet sürücülərinə də şamil olunacaq.
Hökumət bu qanunu qəbul etməkdən məqsədini sürücülərin tərbiyələndirilməsi olduğunu bildirib. “Onlar öz göləri ilə görsünlər ki, ehtiyatsızlıq etsələr sonları ölüxana olacaq. Qaydaları pozan və içkili sürücülər ölülərin daşınması və cəsədlərin təmizlənməsi işini görəcəklər.", Səhiyyə Nazirliyinin açılqamasında bildirilir.
Tayldan yol qəzalarına görə,dünyada ikinci yeri tutur.
Tayland yeni ilinin 7 günlük tətilləri zamanı sürücülərin çoxu içkili olduğu üçün, ekspertlər bu ölkədə hər saatda iki nfəərin yol qəzalarında öləcəyini proqnozlaşdırırlar./maide/
647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...