Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

İranda yeni raket uğurla sınaqdan keçirilib

İran 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan raketləri uğurla sınaqdan keçirdiyini bəyan edib

Fars körfəzində keçirilən hərbi təlimlər zamanı İran Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan “Qədr” raketlərini uğurla sınaqdan keçirib.

Apa-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran ordusunun general-mayoru Hüseyn Çitforuş bildirib. “Müxtəlif tipli qırıcı təyyarələrə quraşdırılması mümkün olan bu raketlər hərbi təlimlər zamanı uğurla sınaqdan keçirilib”, deyə Hüseyn Çitforuş bildirib.

İran KİV-lərinin məlumatına görə, 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan “Qədr” raketləri İran Hərbi-Hava Qüvvələri tərəfindən gələcəkdə baş verə biləcək hərbi əməliyyatlarda istifadə edilə bilər.
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı