Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

İtaliyanın baş naziri Ayətullah Xameneini İslam dünyasının rəhbəri adlandırdı

Ayətullah Xameneinin İtaliyanın baş naziri Matteo Renzi ilə görüşü

İtaliyanın baş naziri Matteo Renzi İrana səfəri gedişində Cənab Rəhbər Ayətullah Xameneinin qəbulunda olub. Ayətullah Xamenei buyurub:
Bizim İtaliya və sizin dövlətlə həmkarlığa baxışımız fərqli və müsbətdir. Ümid edirik ki, bu səfər həmin baxışı gücləndirəcək...
İslam Respublikası müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində İtaliya ilə rabitələrin inkişafını alqışlayır.
Bəzi Avropa dövlətləri və şirkətləri İrana gəlib müzakirə aparsalar da nəticəsi hiss olunmur. Bəziləri buna görə Amerikanı günahlandırır. Hazırda nüvə razılaşmasındakı öhdəçiliklərə lazımi səviyyədə əməl edilmir. Onların bəyanatları ətrafdakıları qorxudur, İranla rabitələrdən çəkindirir.
Artıq terror Avropaya gəlib çatıb. Bizdə dəqiq məlumat var ki, Amerika İŞİD-ə, digər terror qruplaşmalarına yardım edir...
İtaliyanın baş naziri Matteo Renzi terrorla mədəniyyət müstəvisində mübarizənin zəruriliyindən danışıb. Matteo Renzi deyib: Əqidəmiz budur ki, İrana qarşı sanksiyalar ləğv edilməlidir. Biz verdiyim sözə əməl edəcəyik. Biz göstərməliyik ki, dinlər bəşəriyyətin sülh, dialoq şəraitində dinc-yanaşı yaşaması ardıncadır. Sizin İslam dünyasının ali rəhbəri kimi bu baxışın yayılmasında rolunuz çox əhəmiyyətlidir.

Vilayet.info
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41