Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Terrorçunun qorxunc etirafı: “Əsas hədəfimiz…”

Belçikanın paytaxtı Brüsseldə 32 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı olan və ötən həftə saxlanılan Mohamed Abrini ilkin ifadəsində qorxunc etirafını dilə gətirib.

Bu barədə iddiaları Frasnsada nəşr olunan “Liberation” qəzeti irəli sürüb. Qəzetin xəbərinə görə, Abrini əsas hədəflərinin “2016 Avropa Futbol Çempionatı” olduğunu deyib.

“Liberation” qəzetinin iddialarını Amerikanın “CNN” kanalı da doğrulayıb. Bir polis rəsmisi isə Abrininin ifadəsini təəccüblə qarşılamadıqlarını deyib. Terrorçuların çempionatda qanlı terror aktı törədə biləcəklərini hamı tərəfindən bilindiyini deyən polis rəsmisi güman edilən hər cür terakta qarşı hər cür tədbirin görüldüyünü vurğulayıb.

UEFA-nın baş katibinin müavini Cankarlo Abete Avropa Çempionatının təxirə salınmasından söhbət gedə bilməyəcəyini, lazım gələrsə qarşılaşmaların tamaşaçısız keçiriləcəyini demişdi./ans/


Mohamed Abrini

592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:08
MKİ: