Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

“Facebook”da növbəti mühüm yenilik

“Facebook” növbəti mühüm yeniliyin anonsunu verib.

Bundan sonra sosial şəbəkədə “Yaddaşa ver” düyməsini də görəcəyik. Yeni funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Yaddaş düyməsi istifadəçilərə onların xoşuna gələn yazıları, videoları və digər kontentləri sonradan tanış olmaq üçün xüsusi qovluğa atmağa imkan verəcək.

Bundan başqa, yeni - “Quote Sharing” funksiyası da istifadəçilərin ixtiyarına veriləcək. Bu funksiya online paylaşım üçün daha rahat vasitə olacaq.

Mark Zukerberq bildirib ki, şirkət dünyadakı bütün insanların “Facebook”a çıxışını təmin etmək üçün yoxsul ölkələrin sakinlərinin pulsuz internetlə təmin edilməsinə yardımçı olacaq. Bunun üçün xüsusi lazerlər və dronlardan istifadə ediləcək.
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41
Met