Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Qubada uçuq daxmadan ibarət orta məktəb binası

Giriz kəndinin yeganə təhsil ocağının durumu acınacaqlıdır, Mikayıl Cabbarovun təcili tədbir görməsi zərurəti yaranıb

Azərbaycanda təhsilin durumu göz qabağındadır. Misir Mərdanovun vaxtında azca da olsa, düzələcəyi ümidi var idisə, Mikayıl Cabbarovun nazir təyinatından sonra bu ümid artıq yoxa çıxıb.
Ona görə ki, faktiki olaraq ölkədə təhsil sistemi bərbad vəziyyətlə düşməklə yanaşı, həm də yeni nəsil yetişdirmək qabiliyyətini itirməyə başlayıb.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsindən hər il orta məktəb binalarının tikintisinə milyonlarla manat vəsait ayrılır. Qısa müddətdə ölkədə xeyli sayda yeni məktəblər inşa edildi, bəziləri təmir olundu, bəzilərinin də təmir işləri və inşaası davam etdirilir. Lakin görünən odur ki, Mikayıl Cabbarov prosesi nəzarətsiz buraxıb. Eyni zamanda, işin içində ciddi korrupsiya faktlarının olduğu da şübhəsiz görünür.

Bu fotodakı orta məktəb Qubanın Giriz kəndində yerləşir. Göründüyü kimi, 21-ci əsr Azərbaycanında kənd məktəbinin divarları uçuq-sökük, döşəməsi bərbad halda, tavanı isə yoxdur. Hər il ayrılmış milyonlarla manatın niyə məhz Qubanın Giriz kəndinə qədər gəlib çıxmaması, kifayət qədər şübhəlidir. Görünür, Mikayıl Cabbarova məktəb, təhsil və tədris yox, başqa şeylər maraqlandırır. Hər halda nazirlik bu yayımlanan məlumatdan sonra tədbir görəcək.

Nəzərinizə çatdıraq ki, vəziyyətin belə şəkil almasında Quba Təhsil Şöbəsinin müdirinin də məsuliyyəti az deyil. Çünki bu məktəblərin hər il təmir olunması adı ilə ayrılmış pulları mənimsəyən şöbə, indi yaxasını tamamilə kənara çəkib. Hətta bu fotoları görəcəkləri təqdirdə təkzib etməyə başlayacaqlar. Ona görə ki, yeyilmiş pulları ört-basdır etmək üçün ən optimal yollardan biri onun ictimailəşməsinin qarşısını almaqdır./jam/
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı