Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Bərdə Uşaq Xəstəxanasında biabırçı durum

Bərdə Uşaq Xəstəxanasında biabırçı durumBərdə Uşaq Xəstəxanasının baş həkimi Rəfayıl Mustafayevdən xeyli sayda şikayətlər var

Baş həkimdən şikayətçi düşənlər əsasən xəstəxanada rüşvətin tüğyan etdiyini vurğulayırlar.

Saytımızın apardığı araşdırma nəticəsində məlum olub ki, işçilər xəstəxanada kimsəni saymırlar. Qayda-qanunda yoxdur. Üstəlik, baş həkimin də maraqlı mütləq təmin olunmalıdır.

Rəfayıl Mustafayevin rəhbəri olduğu qurumda tibb bacıları xəstələrə iynə vurmaq, uşaq tutmaq, onların tualetə getməsini təmin etmək adları altında xəstələrdən pul tələb edirlər. Bu barədə edilən şikayətlərə də əhəmiyyət verən olmur.

Bərdə Uşaq Xəstəxanasında təkcə bunlar yaşanmır. Həmçinin digər problemlər də var ki, onların da altından pul çıxdığı diqqəti çəkir. Məsələn, xəstəxananın cərrahı Baxşeyiş Möhübbətov xəstələrə qan uddurur. Onun üçün hər şey pula bağlıdır. Hətta insan həyatı belə. Elə bu səbəbdəndir ki, Möhübbətov ən kiçik əməliyyatlara belə böyük məbləğdə pullar tələb edir.

Aydın məsələdir ki, bütün bunlar Rəfayel Mustafayevin başının altından çıxan məsələdir. Çünki alınan hər bir pul yekunda onun da cibinin dolmasını təmin edir. Yəni, xəstələrdən alınan məbləğlər ayın sonunda baş həkimlə razılaşdırılmış şəkildə bölüşdürülür./politika/
670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:26