Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

Əliyev 13 il nəyi gözləyirmiş?

Əliyev ABŞ nümayənədələrinə indi niyə vəd verir?

Aprelin 12-də İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Ölkə başçısı əvvəlcə ABŞ Ticarət Platformasının nümayəndələri ilə görüşməkdən məmnun olduğunu bildirib, Azərbaycana verdikləri töhfəyə görə təşəkkür edib. Daha sonra ölkə başçısı ABŞ-a uğurlu səfərini xatırladıb, ölkə rəhbərliyi görüşlərindən söhbət açıb və ABŞ-la əməkdaşlığın Azərbaycandakı davamlı inkişafa təsirindən danışıb.

Bundan sonra Əliyev böyük vədlər verməyə başlayıb. Deyib ki, Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir, ölkənin neft və qazdan asılılığı azaldılacaq, iqtisadiyyat şaxələndiriləcək, yerli istehsal genişlənəcək, kiçik və orta sahibkarlığa dəstək artacaq, gömrük fəaliyyəti yaxşılaşdırılacaq, “Asan xidmət”in fəaliyyəti genişləndiriləcək və s. Sonda ölkə başçısı bildirib ki, bütün bunlar şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir.


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta,ÿeləcə də “Ernst and Young”, “Societe Generale”, “Holcim”, “Deloitte and Touche” MMC və BP şirkətlərinin nümayəndələri də öz təkliflərini irəli sürüblər.

Qısası, Ilham Əliyev nümayəndə heyətini inandırmağa çalışıb ki, bütün neqativləri aradan qaldırmağa hazırıq və bunun üçün bizə ABŞ-ın maliyyə yardımı, ABŞ şirkətlərinin ciddi əməkdaşlığı lazımdır. Hökumət başa düşür ki, ölkədə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır, uzun illər ərzində ölkənin potensialına zərbə vurulub və bu ağır vəziyyətdən çıxmaq üçün ABŞ-a, Avropaya əl açmaq lazımdır. Yəni, “bizim heç kimin köməyinə ehtiyacımız yoxdur”, “dünya Azərbaycan modelini öyrənir”, “Avropa bizdən asılıdır” kimi fikirlər əriməyə başlayır və dünənə qədər söydükləri ABŞ-dan yardım istəyirlər.

Amma əsas məsələ bu da deyil. Bu məqamda ortaya ciddi bir sual çıxır. Ilham Əliyev niyə 13 ildən sonra bu vədləri verir? Niyə bu illər ərzində ABŞ-la əməkdaşlığın vacibliyini dərk etmirdilər? Ölkəni 13 il arxaya atmağın məsuliyyətini kim daşıyacaq?

Deməli, hər gün 2-3 nəfər intihar etməliydi, milyonlarla insan kredit girovuna çevrilməliydi, xarici borc sürətlə artmalıydı, bank sistemi sıradan çıxmalıydı, orta və xırda sahibkarlıq məhv edilməliydi, yoxsulluq, işsizlik səviyyəsi artmalıydı ki, hökumət dünyaya vədlər versin. Deməli, məqsədli şəkildə hökumət ölkəni məhvə sürükləyib, Allahın bəxş etdiyi neft 5-10 nəfərin xoşbəxtliyinə qurban verilib, dövlətin və millətin taleyi cəhənnəmə sürüklənib.

Üstəlik, həqiqəti deyənlər, dövlətin maraqlarından çıxış edənlər, korrupsiyaya, gömrükdəki qeyri-şəffaflığa, iqtisadiyyatın neftdən asılılığına etiraz edənlər ləkələnib, sıradan çıxarılıb, ölkədən didərgin salınıb, həbs edilib və s.

Yaxşı olar ki, Əli Kərimlinin evinin qarşısında Qarabağı axtaranlar, Prezident Aparatının qarşısında 120 milyard dollar neft pulunu axtarsınlar. Fakt budur ki, ölkə tamam heydən düşdükdən sonra, bir qrup adam ultramilyarderə çevrildikdən sonra hökumət islhatlar vədi verir. Hələ islahata başlamayıblar, sadəcə dünyadan pul qoparmaq üçün vəd verirlər./azadlıq/
608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı