Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

NATO-Rusiya iclası olacaq

Aprelin 20-də 2014-cü ildən bəri ilk dəfə olaraq Rusiya-NATO toplantısı keçiriləcək. Toplantı NATO-nun Brüsseldəki qərargahında baş tutacaq.

NATO-nun sözçüsü Carmen Romero deyib ki, iclasın gündəliyinə Ukraynanın şərqindəki münaqişə, Minsk razılaşmalarının tam icrasının müzakirəsi daxildir.

İclasda, eləcə də, NATO və Rusiyanın hərbi fəaliyyəti, Əfqanıstanda təhlükəsizlik durumu, regional terrorçuluq hədələri müzakirə olunacaq.

Rusiyanı görüşdə NATO-dakı nümayəndəsi təmsil edəcək. 2014-cü ilin iyunundan NATO Moskva ilə praktiki əməkdaşlığı dayandırmışdı.
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13