Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

Məxfi Ər-Riyad səfəri: 11 Sentyabrın sirri

ABŞ Prezidenti Barak Obama 60 gün ərzində tam məxfi qrifi ilə saxlanılan 11 sentyabr teraktının tədqiqatının ictimaiyyətə təqdim olunması haqqında əmr imzalayacaq.

Bu barədə informasiyanı “Foks nyus” telekanalı yayıb. Telekanal sənədlərdə Səudiyyə Ərəbistanının teraktla əlaqələrini sübut edən faktların olduğunu bildirib. Tədqiqat üzərindən məxfilik qrifi aprelin 21-də Obamanın Səudiyyə Ərəbistanına səfərindən sonra götürülə bilər.

Qeyd edək ki, Obama Ər-Riyada Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasında iştirak etmək üçün gedir.

11 sentyabr teraktı 2001-ci ildə törədilib. Terakt nəticəsində Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin iki binası sərnişin təyyarələrinin çırpılması məhv edilib, üstəlik terrorçular Pentaqon binasına da digər qaçırılan təyyarəni çırpmağı bacarıblar. Teraktlar nəticəsində 2296 nəfər həlak olub.

Hadisəyə görə məsuliyyəti üzərinə Əl Qaidə terror təşkilatı götürüb./axar/
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:51
Heykəl məhbusu Bayram