Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

İŞİD-ə ağır zərbə: 2 min döyüşçü, 17 səhra komandiri...

Rusiya və MDB-nin digər dövlətlərinin 2 mindən çox vətəndaşı Suriyada Rusiyanın apardığı hərbi əməliyyatının gedişatında məhv edilib.

“İnterfaks” agentliyi xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanov deyib.

"Biz 5 min quldurun evə qayıdışının qarşısını almaq istəyirdik. Rusiya və MDB-nin digər ölkələrindən olan bu quldurlar İŞİD-in sıralarda vuruşurlar. Mən bildiyim qədər, qarşıya qoyulan vəzifənin 50 faizi yerinə yetirilib, 2 mindən çox döyüşçü və 17 səhra komandiri məhv edilib”, - o, bildirib.

Onun sözlərinə görə, İŞİD-in infrastrukturu önəmli ölçüdə dağıdılıb və qaçaqmalçı neft ticarəti pozulub. Lukyanov qeyd edib ki, neft ticarəti İŞİD-in əsas maliyyələşmə mənbəyi idi, silah almağa və yeni muzdluları cəlb etməyə imkan verirdi.
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23
Bakıda zavoda