Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

İslam dininin gəlişinin əsl məqsədi

Hacı İlham Əliyev: “Bəşəriyyətin əbədi xoşbəxtliyini təmin edən din şübhəsiz ki, insanların bütün ehtiyaclarına cavabdeh olmalıdır”
“Hədəf budur ki, müsəlmanlar öz zəmanələrinə uyğun düşmən müqabilində son mümkün həddədək güclü olmalıdırlar”

Dini zəmanəyə uyğunlaşdırmaq olarmı? Əgər olarsa İslamın sabit qayda-qanunları ilə dinamik surətdə inkşaf edən, haldan-hala düşən dünyanı idarə etmək mümkündürmü?

Bu suallarla tanınmış ilahiyyatçı alim, Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyevə müraciət etdik. Əhalisinin 95 faizindən çoxunu müsəlmanların təşkil etdiyi Azərbaycan cəmiyyətini maraqlandıran bu suallara ilahiyyatçı alimin cavabı aşağıdakı kimi oldu:

- Bismillahir-rəhmanir-rəhim. Bəli, dini zəmanəyə tətbiq etmək olar. Və bu dünyanı da müqəddəs islam qayda-qanularıyla idarə etmək mümkündür.

İslam dini sonuncu səmavi din olduğu üçün qiyamətədək insanların bütün maddi və mənəvi ehtiyaclarına cavab vermək iqtidarındadır. Elə bir problem, sual yoxdur ki, islamın o barədə cavabı olmasın və çıxış yolu göstərməsin. İslamın gəlişindən də məqsəd məhz budur ki, bəşəriyyətə əbədi xoşbəxtlik yolunu göstərsin. Bəşəriyyətin əbədi xoşbəxtliyini təmin edən din şübhəsiz ki, insanların bütün ehtiyaclarına cavabdeh olmalıdır. İnsanın ehtiyaclarına nəzər salıb diqqət etdikdə məlum olur ki, onun ehtiyacları iki növdür: birinci növ ilkin və bəşəriyyətin cismani, ruhani quruluşundan və ictimai yaşayış tərzindən irəli gəlmiş ehtiyaclardır. Nə qədər ki, insan insandır və yaşayışı zatən ictimai yaşayışdır, bu növ ehtiyaclar da olmalıdır. Cismani ehtiyaclar yeyib-içmək, istirahət etmək və s. ruhi ehtiyaclar elm, gözəllik, sitayiş, tərbiyə və s. ictimai ehtiyaclar ədalət, azadlıq, bərabərlik, ailə qurmaq və s. kimi ehtiyaclardır. İnsan dünyaya gələn gündən bu kimi ehtiyaclar onunla olub, həqiqətdə onunla birlikdə dünyaya qədəm qoyublar. Və nə qədər ki, dünyada insan var, bu qisim ehtiyaclar onun kənarında sabit, daimi olaraq qalacaq.

İkinci növ ehtiyaclar isə həqiqətdə bəşəriyyətin özü xəlq etdiyi zaman, mühit, ictimadan irəli gələn ehtiyaclardır. İnsanın qanuna olan ehtiyacı kimi. Sözsüz ki, bu qisim ehtiyaclara cavab verə biləcək qayda-qanunlarda zaman-mühit nəzərə alınmalı və hər bir zəmanənin, mühitin özünə uyğun qanun qəbul olunmalıdır. Bəşəriyyətin təkamülünü nəzərə alaraq, insanların bu qisim ehtiyacları qeyri-sabit olduğundan qeyri-sabit qayda-qanun tələb olunur. Bu kiçik müqəddimədən sonra sualın cavabına nəzərinizi cəlb edirik.

Müqəddəs islam dininin hökmləri iki qisimdir: sabit və qeyri-sabit.

İnsanın qeyd olunan sabit ehtiyaclarına aid olan qayda-qanunlar müqəddəs islam dinində sabit, əbədi olaraq dəyişilməz qayda-qanunlardır. Çünki bu baxımdan 20-21-ci əsrin insanlarıyla min dörd yüz il bundan əvvəlki insanlar arasında heç bir fərq yoxdur. Amma insanların ikinci növ olan qeyri-sabit ehtiyaclarına gəldikdə isə, müqəddəs islam dini onlar üçün sabit çərçivələr, ana xətlər təyin etmişdir ki, hər bir yeni hadisə yeni zəmanədə təyin edilmiş çərçivədə öz həllini tapmalı və zəmanəyə uyğun hökmü verilməlidir. Məsələ daha aydın olsun deyə bu misala diqqət edin. İslam düşmən nüfuzunun qarşısını alaraq ərazi bütövlüyüyünü qorumaq üçün xüsusi göstəriş verməyib. Gərək mövcud olan vəziyyəti, zəmanəni nəzərə alaraq ona uyğun tədbir görülməlidir. Bu baxımdan Qurani-Kərimdə müsəlmanlar üçün bu zəmində ana xətt çəkərək çərçivəni müşəxxəs etmişdir. “Ənfal” surəsinin 60-cı ayəsində buyurur: “Gücünüz çata biləcək həddə düşmənlərin müqabilində güclü olmağa hazırlaşın”.

Əgər bu ayənin təfsirində at çapmaq, ox atmaq tövsiyə olunubsa səbəbi budur ki, o zamanlarda at çapmaq, ox atmaq hərbi xidmətlərdən hesab olunurdu. İslam baxımından hədəf ata minib ox atmaq deyil. Hədəf budur ki, müsəlmanlar öz zəmanələrinə uyğun düşmən müqabilində son mümkün həddədək güclü olmalıdırlar. (Əlbəttə, bunu da nəzərdən qaçırmayaq ki, qeyri-sabit hökmləri sabit hökmlərdən istinbat etmək səlahiyyəti yalnız ali dini orqanların ixtiyarındadır. Başqa şəxslərin bu sahədə nəzər verməyə haqları yoxdur./İslaminsesi/
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı