Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

İşğalçı İsrail rejimi Azərbaycanı təhlükəli ölkələr siyahısına saldı

İşğalçı sionist İsrail rejiminin terrorla mübarizə qərargahı çoxlu sayda israillinin ölkə xaricinə getdiyi Pesax bayramı ərəfəsində yeni xəbərdarlıq yayıb. “IzRus” xəbər verir ki, xəbərdarlıq təkhükəsizlik məqsədilə vətəndaşların hansı ölkələrə getməməsinin daha yaxşı olacağıyla bağlıdır.

Qərargahın saytında dərc edilmiş yeni siyahıya əsasən, Türkiyə, Pakistan və bir neçə Afrika ölkələri ilə yanaşı, səfər üçün ən təhlükəli yerlərdən biridir.

Bununla yanaşı, siyahıda hələ də Azərbaycan var. İsrail rejiminin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.

Eyni zamanda, qərargahın xəbərdarlığında qeyd edilib ki, hara getməkdən, harada olmaqda asılı olmayaraq, hətta Qərbi Avropada belə diqqətli olmaq lazımdır. Terrorla mübarizə qərargahı sionistlərə ən təhlükəsiz saydıqları məkanlarda belə sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olduğu yerlərdən, o cümlədən stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edib.
Xatırladaq ki, işğalçı İsrail rejimi yaranandan indiyə qədər fələstinlilərə qarşı terror siyasəti yürütməkdədir./Report/
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat