Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

Yunan ordusu Türkiyəyə görə döyüş vəziyyətinə gətirildi

Yunanıstan Müdafiə naziri Panos Kamenosun əmri ilə bu gün ölkə ordusu təlimlərə başlayıb.

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə təlimlərin kifayət qədər böyük olduğunu və Türkiyədən qorunmaq üçün keçirildiyini bildirib:

“Bizim təlimlər həmçinin Yunanıstanın şimalında Kilkis şəhəri yaxınlığında da keçirilir. Bu da Makedoniya hakimiyyətinin sərt bəyanatları ilə bağlıdır. Ordu hər iki istiqamətdə tam hazırlıq vəziyyətinə gətirilib”.

Yunan mətbuatının açıqlamasına görə, son üç gün ərzində türk təyyarələri Yunanıstanın Egey dənizindəki sərhədini pozublar. Afina türklərin bu addımını provokasiya kimi dəyərləndirir.
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
12.01.17, 23:26