Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

Cəlilabad xəstəxanasında narkoz verilən 35 yaşlı şəxs ölüb

Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib

“Report”un məlumatına görə, rayonun Məhəmmməd Hadi küçəsində yaşayan 35 yaşlı Məhəmməd Hüseynov burnundan əməliyyat olunması üçün Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinə müraciət edib.

Əməliyyata alınan Məhəmməd Hüseynova tənəffüs yolu ilə narkoz verilib. Elə bu zaman onun səhhəti qəfildən pisləşdiyi üçün əməliyyat təxirə salınıb. Məlum olub ki, o, dünyasını dəyişib.

Mərhumun doğmalarının sözlərinə görə, indiyə kimi Məhəmməd Hüseynovun hər hansı ciddi xəstəliyi olmayıb.
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber