Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Macarıstanın baş naziri: Suriya və İraq böhranın səbəbi qərbin səhv siyasətidir

Macarıstanın baş naziri Viktor Orban bir müddət öncə mətbuata müsahibə vermişdi. Lakin naməlum səbəblərdən bu müsahibə çap edilmədi və bu yaxınlarda nəşr edilmişdir. V. Orban bu müsahibəsində müharibə köçkünlərinin qəbulunda Avropa Birliyinin siyasətini tənqid edib, Avropa qapılarının miqrantların üzünə bağlanmasına təkid edib, Suriya və İraq bohranın yaranmasında qərbin roluna toxunub.
Baş nazir müsahibəsində deyib: “Suriya və İraqda yaranmış vəziyyətin səbəbkarı kimdir? Bunu edən biz avropalılar olduq. Suriyanın daxili işlərinə müdaxilə edən, müxalifət yaradan, Bəşər Əsədi lənətləyən və nifrin edən, böhranı yaradan biz olduq. İraqı da bu vəziyyətə salan biz olduq. İndi də nə edəcəyimiz barədə soruşuruq”.
Macarıstanın baş naziri bu müsahibəsində İslam ölkələrindən gələn miqrantları qəbul etdikləri surətdə Avropa əhalisinin etnik-dini balansının pozulacağını və Avropa ölkələrinin buna görə ağır zərərlərə düşəcəklərini narahatedici adlandırıb.
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03
06 dekabr gözlənil