Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Beyləqan rayonunda etiraz aksiyası keçirilib

Bir qurup rayon sakini Beyləqan rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq öz etirazını bildirib.

Aksiyanın səbəbinə gəlincə, uzun müddətdi pilot təsərüfat kimi fəaliyyət göstərən Beyləqan “Dostluq” Qoyunçuluq-Damazlıq sovxozunun başqa bir sovxozla birləşdirilməsinə qərar verilib. Lakin bu qərar “Dostluq” sakinlərini razı salmayıb. Onlar sovxozun balansındakı torpaqların kəndlilərə paylanmasını tələb edir və bu məqsədlə aksiya keçirərək öz tələblərini irəli sürüblər.

Aksiya iştirakçılarının sözlərinə görə, olay yerinə gələn Beyləqan rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev insanlara qarşı kobudluq edib. Bəzi aksiya iştirakçılarının sözlərinə görə, o, içkili olub və restorandakı yeyib-içmək məclisindən çıxaraq hadisə yerinə gəlib. Rəis hətta insanlara qarşı kobudluğa yol verib, onları nalayiq sözlərlə təhqir edib./Qaynar/
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57