Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Birinci qrup əlilin ailəsi aclıqla sınağa çəkilir

«Şirkət rəhbərliyi mənə işləməyə imkan vermir, deyirlər ki, birinci qrup əlil ticarətlə məşğul ola bilməz»

Qubadlıdan məcburi köçkün olan birinci qrup əlilin ailəsi ehtiyac içindədir. Paytaxtın Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45A, mənzil 24 ünvanında məskunlaşan Arif Muradov deyir ki, həyat yoldaşı və iki övladından ibarət ailəsi çıxılmaz vəziyyətdədir. 15 noyabr 1993-cü ildə ona metronun “20 Yanvar” stansiyasının keçidində xırda ticarətlə məşğul olmaq üçün 4 kvadrat metrlik yer verilib. Ailəsini də oradan əldə etdiyi gəlirlə dolandırıb. Çünki ailənin yeganə qazanc gətirəni odur.

Arif Muradovun sözlərinə görə, 1998-ci ilin əvvəllərində “A Klassik” MMC həmin keçidi satın alıb: “2005-ci ilin 18 yanvarına qədər həmin yerdə rahat işləmişəm. Yanvarın 21-də şirkətin işçiləri mənə orada iş olmayacağını dedilər. 2006-cı ildə ölkənin birinci xanımı Mehriban Əliyevaya ərizə ilə müraciət etdim. Müraciətim cavabsız qalmadı və Mehriban xanımın vasitəsilə yenidən öz işimə bərpa edildim. 31 mart 2014-cü ildə polkaların bir hissəsi yığışdırıldı. Şirkətin əməkdaşları 15 sentyabr 2015-ci ildə işlətdiyim polkanın yerinin qanunsuz olduğunu deyərək, ”sən daha burda işləməyəcəksən, bizim şirkətə ləkəsən, 1-ci qrup əlil ticarətlə məşğul ola bilməz” dedilər”.


Arif Muradov onu da qeyd edir ki, ona ayrılan 4 kvadrat metrlik yerə görə aylıq 1200 manat icarə pulu ödəyirdi, amma əvəzində heç bir qəbz almırdı.

“Hazırda heç yerdə işləmirəm. Ailəmin maddi vəziyyəti dözülməz həddədir. Aldığım pensiya isə ailəmin dolanışığına çatmır. Həmin şirkətin rəhbəri və oğlu gündə bir maşınla həmin yerə gələrək, məni təhqir edir, incidir və hədələyirlər. Son zamanlarda isə ora girişimə belə, qadağa qoyulub. Bəhs etdiyim problemlə bağlı müvafiq qurumların mənə kömək etməyini xahiş edirəm”, – deyə Arif Muradov dövlət orqanlarından yardım istəyir./azadlıq/
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı