Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Suriya 10 000 əsgərlə 10 gün ərzində Hələbə hücuma hazırlaşır

Aprelin 13-də Suriya hərbi mənbələrindən verilən məlumatda qeyd olunub ki, Suriya ordusu 10 000 əsgərlə 10 gün ərzində Hələbin şimalında irimiqyaslı əməliyyatlar keçirməyə və terrorçuların işğalı altında olan kəndləri azad etməyə hazırlaşır.

Mənbənin sözlərinə əsasən, Suriyanın quru və hava qüvvələri, onların müttəfiqləri və Rusiyanın hərbi komandirlərinin iştirak edəcəyi irimiqyaslı əməliyyatın keçirilməsi qərarı birgə iclas zamanı verilib.
Aprelin 10-da Suriyanın baş naziri Vail Nadir əl-Həlki paytaxt Dəməşqi ziyarət edən Rusiya parlamentinin nümayəndə heyəti ilə görüşərkən, "Rusiyalı tərəfdaşlarımızla birlikdə Hələbi azad etmə və atəşkəs müqaviləsinə qoşulmayan və ya atəşkəsi pozan bütün qanunsuz silahlı qruplaşmaları blokadaya salma əməliyyatına hazırlaşırıq", -deyə söyləmişdi./Eastnews
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...