Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Rusiya: Türkiyə-Suriya sərhədləri bağlanmalıdır

“İŞİD və əl-Nusra kimi terror təşkilatlarının Suriyaya xarici döyüşçü və silah aparmasının, neft, tarixi əsər və digər bu kimi mallar ixrac etməsinin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədləri bağlanmalıdır”.

Rusiyanın BMT səfiri Vitali Çurkin, BMT Təhlükəsizlik Şurası toplantısında bu məsələni qaldırıb.

“Associated Press”-in məlumatına görə, Çurkin, həmçinin bildirib: "Türkiyə terrorçulara təchizat axışını kəsmək üçün lazım olan hər şeyi etdiyinə inanırsa, bunun müstəqil müşahidəçilər tərəfindən dəlillərlə dəstəklənməsinə də şərait yaratmalıdır”.

Səfir antiterror fəaliyyətlərinin müzakirəyə çıxarıldığı yığıncaqda İŞİD-ə qarşı hərtərəfli ticari və iqtisadi sanksiyaların tətbiqinin lüzumlu olduğunu vurğulayıb.

Rus diplomatı daha əvvəl BMT-yə yazdığı məktubda da Türkiyəni “xilafət” nümayəndələrinə silah-sursat təmin edən əsas təchizatçı ölkə olmaqda günahlandırmışdı.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı