Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

170 minlik qalmaqalla bağlı yeni faktlar

Eynur Kərimov: «Həftə ərzində mərhələli şəkildə faktları ictimailəşdirəcəyik»

2016-cı ilin fevralında böyük səs-küyə səbəb olan 170 min manatlıq məhkəmə qalmaqalı daha da böyüyür. Binəqədi rayonu icra başçısının müavini postuna yiyələnmək üçün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər Imanova 170 min manat rüşvət verən Eynur Kərimov Modern.az saytına növbəti həftə ərzində yeni faktlar açıqlayacağını bildirib:

“Əlimdə qarşı tərəfin günahlarını sübut edəcək kifayət qədər sənədlər, video və audio materiallar var. Növbəti həftə ərzində mərhələli şəkildə hamısını ictimailəşdirəcəyik”.


Hazırda cinayət işi ilə bağlı istintaqın davam etdiyini deyən Eynur Kərimov Səfər Imanovun Azərbaycana gətirilməsi üçün rəsmi qurumların hansı işlər gördüyü barədə məlumatsızdır: “Yəqin ki, axtarışa verilməsi, ölkəyə gətirilməsi təmin olunacaq”.

Eynur Kərimov həmçinin bildirib ki, onun Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə hər hansı görüşü və danışığı olmayıb.

Zərərçəkən Eynur Kərimov 170 min manatı Səfər Imanov vasitəsilə Komitə sədri Hicran Hüseynovaya verdiyini bildirib və bunu sübut edəcək qəbzi də bir müddət əvvəl ictimailəşdirib.

Hicran Hüseynova ona qarşı qaldırılan iddiaları qəbul etmir. O, Səfər Imanovun hadisədən xeyli əvvəl vəzifəsindən azad edildiyini bildirib. Hadisələrdən sonra xaricə qaçan Səfər Imanov “qara işi” Hicran Hüseynovanın göstərişilə gördüyünü iddia edir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində araşdırılıb. Araşdırma zamanı sabiq Aparat rəhbəri Səfər Imanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirdiyi müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir./azadliq/
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı