Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Rusiyada 200 min azərbaycanlı təhlükədə

Ölkəyə 26 min miqrant qayıdıb

Vahid Əhmədov: «Proqram qəbul etmək lazımdır ki, insanları yerləşdirmək üçün problem yaranmasın»

Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində Rusiyada miqrantların vəziyyəti ilə bağlı məsələyə diqqət çəkib. Hər halda nümayəndə heyətinin tərkibində olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat” qəzetinə açıqlamasında keçirilən görüşlər zamanı azərbaycanlı miqrantlara qarşı zorakılıqla müşayiət olunan xoşagəlməz vəziyyətin önə çəkildiyini deyib.

Millət vəkilinin sözlərinə görə, keçirilən müzakirələrdə Rusiya Federal Miqrasiya Xidmətinin məsul işçisi hazırda 26 min azərbaycanlının deportasiya olunduğunu və 200 mindən yuxarı soydaşımız deportasiya olunmaq üçün qırmızı xəttə daxil edildiyini deyib.

Bu isə kifayət qədər ciddi rəqəmdir. 200 min miqrantın hətta yarısı ölkəyə qayıtsa, bu ölkədə sosial-iqtisadi problemlərin baş qaldırmasına səbəb ola bilər. Çünki 100 min insan ən azı bu qədər də ailə deməkdir. Bir miqrantın göndərdiyi pulun bir neçə nəfərin dolanışığına təsir etdiyini nəzərə alsaq, bu pulun bir qisminin qarşısının alınması ölkədə yoxsulluğun səviyyəsinə də əhəmiyyətli təsir göstərər.

Artıq rəsmilər də bununla bağlı narahatlıqlarını dilə gətirir. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, Vahid Əhmədov bir müdət öncə mətbuata açıqlamasında vətənə qayıdacaq azərbaycanlı miqrantların sayının 500-600 min, bəlkə də milyona çata biləcəyini bildirmişdi. Qısa müddətdə qazancını itirmiş bu qədər şəxsin ölkəyə qayıtması təkcə miqrantların deyil, onların ailələrinin də ciddi problemlərlə üzləşməsi deməkdir.

“Azadlıq”a açıqlamasında millət vəkili artıq miqrant axınının hiss olunduğunu qeyd etdi. Ancaq hər bir halda bunlar Azərbaycan vətəndaşlarıdır. Ona görə də onlar üçün şərait yaratmaq lazımdır ki, iş yerləri ilə bağlı problemlər olmasın: “Hətta bir vaxt dedim ki, məsələ həddən artıq ciddiləşsə, müəyyən proqramm da qəbul etmək lazımdır ki, insanları yerləşdirmək üçün problem yaranmasın. Bu asan həll olunan proqram deyil, ağır məsələdir”.

V.Əhmədovun sözlərinə görə, bununla yanaşı miqrant axınının qarşısının alınmasına çalışmaq lazımdır. Bunun üçün də hökumət, parlament komissiyaları səviyyəsində danışıqlara getməlidir. Çünki birdən birə bu qədər iş yerləri tapmaq o qədər də asan deyil. Eyni zamanda miqrant axınına hazır olmaq lazımdır.

Millət vəkili Azərbaycana işləmək üçün gələn əmək miqrantlarının sayının da həddən artıq çox olduğunu vurğuladı. Onların da sayına yenidən baxmaq lazımdır. Çünki ilk növbədə Azərbaycana qayıdan vətəndaşları işlə təmin etmək vacibdir: “Başqa ölkələrdən gəlib burda işləyənlər həddə artıq çoxdur. Əvvəl vətənə qayıdan öz miqrantlarımızı yerləşdirmək lazımdır. Sonra da burda gəlib işləyənləri yavaş-yavaş ölkədən kənarlaşdırmaq lazımdır. Müəyyən hüdud, limit olmalıdır. Bu vətəndaşlarımızın işlə təmin olunması üçün də vacibdir”./azadlıq/
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34