Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Misir və Ərəbistan barədə Yəmən lətifəsi

Misir dövlətinin Ali-Səud qarşısında öz ərazi bütövlüyünə göz yummasının ardınca, Yəmənin müqavimətçi əhalisi maraqlı lətifə qoşmuşlar.
Nuraz1.in-in ABNA-ya istinadlı məlumatına əsasən, Misir prezidenti Əbdülfəttah əs-Sisinin öz ərazi bütövlüyünə göz yumması və ölkənin iki adasını Ali-Səudun diktatorluq etdiyi Səudiyyə Ərəbistanına ərməğan etməsinə yəmənlilər belə münasibət bildiriblər:

“Səudiyyə Ərəbistanı bir il Yəmənlə müharibə etdi, sonda Misirdən iki ada aldı!”

Səudiyyə kralı Salman bin Abduləziz Misirə səfəri zamanı Misir və Səudiyyə Ərəbistanı ərazi sularının müəyyən edilməsi üzrə sənəd imzalanıb. Sənədə əsasən, Misirin iki adası, Sənafir və Tiran Səudiyyə Ərəbistanının ixtiyarına verilib.
Bu anlaşma sənədi sosial şəbəkələrdə də geniş müzakirə mövzusu olub. Səudiyyə Ərəbistanı vətəndaşı olan istifadəçilərdən biri misirliləri ələ salaraq yazıb: “Əgər sənədlərlə yanaşası olsaq, İskəndəriyyə və Qahirə də Ərəbistana məxsusdur!”
Misir hökuməti bu təəccüblü addımı o zaman atır ki, Yəmən xalqı Ali-Səud və müttəfiqlərinin vəhşicəsinə hücumları qarşısında 13 aydır müqavimət göstərir və bir addım belə geri çəkilməyiblər.
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu