Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2016

Kral Salman keçən zaman bu heykəli niyə örtdülər? – FOTO

Misirin milli qəhrəmanlarından biri olan İbrahim Paşanın heykəli Qahirənin Opera meydanında yerləşir. Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz buradan keçən zaman, heykəl örtüklə örtülüb. Bu da misirli sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Nuraz1.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Kral Salman cümə axşamından Misirə beş günlük səfər edib.
Misirli sosial şəbəkə istifadəçiləri Ali-Səud kralının ölkələrinə səfərinə müxtəlif reaksiyalar vermişlər. Bunlardan biri də, Səudiyyə kralının əl-Əzhər universitetində cümə namazı qılmaq üçün getdiyi zaman, Opera meydanında olan İbrahim Paşanın heykəlinin örtülməsi məsələsi olub.
Bir çox istifadəçilər bu müəmmaya belə münasibət bildirmişlər: İbrahim Paşa Misirin milli qəhrəmanlarından biridir. O, 1816-cı ildə Səudi hökumətini məhv edib və şahzadə Abdullah bin Səudu əsir almışdır.
Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, Misir hökuməti Səudiyyə kralının qəzəblənməsinin qarşısını almaq məqsədilə bu heykəli qara çadırla örtmüşdür.
Lakin bəzi istifadəçilər iddia ediblər ki, heykəlin təmirə ehtiyacı olduğu üçün üzəri örtülüb.


490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39