Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Ərəbistan şahzadəsi: İŞİD-ə görə Avropaya təzyiq etmək üçün Türikiyə ilə razılaşmışıq

Səudiyyə Ərəbistanının İngiltərədə yaşayan şahzadələrindən biri deyib: “Ərəbistan və Türkiyə, Avropa ölkələrinin Suriya hadisələri qarşısında tutduqları siyasətdən narahatdır və Avropa dövlətlərinin Suriya məsələlərinə dair qətiyyətli qərara gələ bilmədiklərinə görə onları qınayır”.
Bu xəbərə əsasən, adının açıqlanmasını istəməyən şahzadə Suriya mövzusuna toxunaraq deyib: “Biz belə düşünürük ki, əgər Avropa ölkələri Suriya məsələsinə ciddi daxil olsaydı, Bəşər Əsədin işini birdəfəlik həll etsəydi, Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi baş tutmayacaqdı, bizim himayə etdiyimiz qruplar ardıcıl məğlubiyyətə dücar olmayacaqdı, Zəhran Əlvəş (“Ceyş əl İslam” qruplaşmasının rəhbəri) öldürülməyəcəkdi və biz təzyiq altına düşməyəcəkdik”.
O çox həssas bir məsələni ifşa edərək deyib: “Ərdoğanın Riyaza axrıncı səfərində iki ölkə başçıları Avropa ölkələrinin məntəqə hadisələrinə daha ciddi daxil olmaları üçün onlara təzyiq etmək haqqında razılığa gəldilər”.
Səudiyyə şahzadəsinin sözlərinə görə, Ərdoğan və Salman müharibə köçkünlərinin Avropaya axınını daha da gücləndirməyə cəhd edirlər ki, bu vasitə ilə Avropa dövlətlərinə daha artıq təzyiqlər göstərərək onları Türkiyə və Ərəbistanın Bəşər Əsədi devirmək planını dəstəkləməyə məcbur etsinlər.
Halbuki, son günlərdə bəzi mediaların yaydığı xəbərlərə görə Rusiyanın Rakkada İŞİD mövqelərinə ağır hücumlarının ardınca bu terrorçu qrup öz paytaxtını Liviyanın Sert şəhərinə köçürmək niyyətindədir.
Qeyd edək ki, Beynəlxalq Sülh naminə Carnegie Fondunun internet saytı bu yaxınlarda yaydığı xəbərdə miqrant böhranı və terrorizm mərkəzinin Suriyadan Liviyaya köçməsini 2016-cı ildə Avropanı problemlə qarşılaşdıran və təhdid edən iki mühüm məsələ kimi təqdim etmişdi.
447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi