Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Türkiyədə PKK-nın növbəti hücumu: 5 ölü, 8 yaralı

Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, nəticədə 4 hərbçi ölüb, 2-si yaralanıb.

Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Şırnak vilayətində isə PKK terrorçularına qarşı davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib.
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.04.17, 09:00