Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

İŞİD İstanbulda investisiya yatırıb

İŞİD terrorçu qrupu Türkiyənin təhlükəsizlik orqanları ilə razılaşdıqdan sonra özünün dini məsələlər üzrə sərkərdəsi Xələf Əli Qeydan əl-Cəburini İstanbula ezam edərək bu və digər şəhərlərdə ticarət və yaşayış binaları, əkin sahələri almağa başlamışdır.
Bu xəbərə görə, qeyd olunan hərəkətdən məqsəd İŞİD terror qrupunun Suriya və İraqda dağılmasından sonra onun sərkərdələri və ünsürləri üçün iqtisadi dayaq və maddi dəstək yaratmaqdır.
Əldə edilən məlumatlar göstərir ki, İŞİD Suriya və İraqdan yağmaladığı sərvətləri İstanbula köçürür.
Habelə, ötən 6 ayda 1 milyard dollardan artıq pulu valyuta dəyişmə məntəqələri vasitəsilə, xüsusilə də Ankara sakini olan İŞİD ünsürü Məhəmməd Yusif əl-Mufərrəcinin əli ilə Türkiyənin pul vahidi olan lirəyə çevirmiş və İstanbula köçürmüş, Xələf Əli Qeydan əl-Cəburinin ixtiyarında qoymuşdur.
İŞİD-in sərmayəsinin İstanbula köçürülməsi Türkiyənin yüksək çinli rəsmilərinin yaşıl işığı ilə baş tutur və Türkiyə dövləti bununla Suriya və İraqda İŞİD-ə nəzarəti öz ixtiyana alır ki, bu terror şəbəkəsinin dağılacağı surətdə onların investisiyalarını terrorçu qrup adı ilə müsadirə edə bilsin.
470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber