Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Ağdamda 4 nəfər qaçırıldı - DİN

Aprelin 14-də Ağdam rayonunun Sarıcalı kəndində şəxsiyyəti məlum olmayan 4 nəfər Beyləqan rayon sakinləri Q.Məmmədovu, E.Hüseynovu, A.Şükürovu və K.Mirzəlini zorla “Niva” və “Nissan” markalı avtomobillərə oturdaraq Tərtər rayonunun Qəzyan kəndinə aparıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bıçaqla hədələyərək onlardan 264 manat pul və mobil telefonlarını alıb hadisə yerini tərk ediblər.

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Pərviz Kərimov, Ülvi Rüstəmov, Ağasəf Abdullayev və Sadiq Vəliyev tutulub./axar/
418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP