Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Sionist rejim həbsxanalarında fələstinli xəstə əsirlərin vəziyyəti çox ağırdır

Fələstinin rəsmi mənbələri sionist rejim həbsxanalarında fələstinli xəstə əsirlərin vəziyyətinin çox ağır olduğunu bildiriblər.

Fələstin Milli Məclisinin qərarı ilə 17 aprel tarixi “Əsirlər günü” kimi qeyd olunur. Bu münasibətlə verilən rəsmi statistikalar göstərir ki, sionist rejim həbsxanalarında 1700 fələstinli xəstə əsir saxlanılır və onlardan 25 nəfər xərçəng xəstəsidir.

Məlumata görə, sionist rejim başçıları fələstinli xəstə əsirlərə müalicə icazəsi verməyərək, sakitləşdirici dərmanlar verməklə kifayətlənirlər.

1967-ci ilin aprelindən 2016-cı ilin aprelinədək təqribən bir milyon fələstinli sionist rejim hərbçiləri tərəfindən həbs olunub ki, onların arasında on beş mindən çox qadın və on minlərlə uşaq əsir olub.

Fələstinli Əsir Hərəkatının statistikasına əsasən, hazırda sionist rejimin iyirmi iki həbsxana və təcridxanasında yeddi mindən çox fələstinli həbsdə saxlanılır.

Qeyd edək ki, 1974-cü ildə Fələstin Milli Məclisinin qərarı ilə 17 aprel tarixi “Əsirlər günü” kimi təsdiq olunub. Bu səbəbdən o ildən hər il bu tarixdə fələstinli əsirlərlə həmrəylik məqsədi ilə müxtəlif tədbirlər keçirilir və maarifləndirmə işləri təşkil olunur.


Fələstinli əsirlər arasında 67 qadın, 400 uşaq, altı parlament üzvü var. Bundan başqa, 700 fəlsətinli əsir də qanunsuz surətdə və heç bir ittiham irəli sürülmədən və mühakimə olunmadan həbsdədir./maide/
430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10