Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

BMT: Məhəmməd Mürsi əsassız həbs olunub

Əsassız həbslər üzrə BMT -nin işçi qrupu tərəfindən yayımlanan hesabatda Misirdəki hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mürsi və köməkçilərinin əsassız həbs olunduğu bildirilib.

Həmin Hesabatda "Mürsi və köməkçilərinin qeyri-qanuni və təməl insan haqları ilə bağdaşmayan qərarlar nəticəsində əsassız şəkildə həbs olunduğu" ifadə olunub.
Qahirədə "əl-Kəramə" beynəlxalq insan haqları qurumunun müdiri Əhməd Mufrihin verdiyi açıqlamada 10 iyulda İşçi qrupundan Mürsinin vəziyyəti ilə bağlı münasibət bildirilməsini istədiklərini və araşdırmalar nəticəsində bu qərara gəlindiyini söyləyib.
Mufrih hesabatda Mursi və köməkçilərinin əleyhinə olan ittihamların "əsassız həbs" çərçivəsində dəyərləndirildiyini və "Hüququn onlara tanıdığı haqlardan tam mənası ilə istifadə edə bilmədiklərinin" vurğulandığını deyib.
Mufrih hesabatda eyni zamanda "Həbslərin İnsan Hüquqları Bəyənnaməsinin 9, 10 və 11-ci maddələri ilə Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın 9 və 14-cü maddələrinə zidd olduğu ifadəsinin" yer aldığını qeyd edib.
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16