Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2016

Türkiyədə ABŞ əsgərinin başına çuval keçirmək istədi - Foto

Türkiyənin İncirlik hərbi bazasında ABŞ əsgərinin başına çuval keçirməyə cəhd edilib.

Türkiyə Gənclik Birliyinin (TGB) Adana üzrə rəhbəri Yalçın Səmir Aksu və təşkilatın üzvləri ABŞ əsgərinin başına çuval keçirməyə cəhd edərkən saxlanılıblar.

Hərbi bazaya daxil olan TGB üzvləri polis tərəfindən nəzarətə alınıb.

TGB-nin Adana üzrə rəhbəri Yalçın Aksu ABŞ əsgərinə bu sözləri deyib:

"2003-ci ildə əsgərimizin başına çuval keçirdiniz. Bunun və ölkəmizdəki terror hadisələrinin səbəbkarı sizsiniz. Bombalar partlayır, hər gün şəhid xəbərlərimiz gəlir. Bunun səbəbkarı sizsiniz. Siz bazanızdan kənara çıxa bilmirsiniz, ancaq biz sizin olduğunuz hərbi bazaya qədər giririk və bu çuvalı sizin başınıza keçiririk”.

Qeyd edək ki, ilk dəfə ABŞ əsgərləri İraqda Türkiyə əsgərlərinin başına çuval keçirmişdi./axar/
477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55