Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2016

İran və Pakistan birgə hərbi dəniz manevri keçirəcək

Səudiyyə Ərəbistanı təklənir

İran Dəniz Qüvvələri komandiri admiral Həbibullah Səyyari öz ölkəsinə məxsus İSNA agentliyinə verdiyi açıqlamada belə deyib. Xəbərə görə, Pakistan Donanmasına aid iki döyüş gəmisi bu məqsədlə İranın Bəndər Abbas limanına gəlib.

Səyyari Pakistan döyüş gəmilərinə 3-4 gün ev sahibliyi edəcəklərini bildirərək, deyib: "Pakistan flotuyla bir günlük ortaq manevr keçirəcəyik".

Qeyd edək ki, Pakistan İranın bölgədə ən qatı rəqibi sayılan Səudiyyə Ərəbistanının ən çox güvəndiyi islam ölkələrindən biridir. Hətta Pakistanın sahib olduğu atom silahlarının ərsəyə gəlməsində Səudiyyənin neft kapitalının mühüm rol oynaması barədə qənaətlər mövcuddur. Bu səbəbdən də İranla Pakistan arasında keçirilməsi gözlənilən bir günlük hərbi təlimin siyasi anlamı hərbi mahiyyətindən daha dərindir.
519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40