Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Qorxunc bahalaşma dalğası Azərbaycanı ağuşuna alır

Ekspertlər deyir ki, ölkə iqtisadiyyatında növbəti bir qiymət artımı kampaniyasının əsası qoyulub
Benzinin qiymətinin qalxmasından sonra ölkədə bahalaşma xofu yaşanır. Artıq dükan və bazarlarda ərzaq mallarının qiymətində artım müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının qiymətində əhəmiyyətli artım baş verib. Ailələrin istehlak səbətində əsas yerlərdən birini tutan kartofun qiyməti iki dəfə bahalaşaraq 1 manat 20 qəpik-1 manat 50 qəpik olub. Həmçinin soğanın qiymətində 20-40 qəpik artım baş verib.

Paytaxt bazarlarında satılan meyvələrin qiymətində isə 20-50 qəpik arası bahalaşma müşahidə edilir. İri marketlərdə də qiymətlərdə artım var. Yumurtanın qiymətindən tutmuş çaya, şəkər tozuna, yağa qədər əksər məhsulların qiyməti artıb. Söhbətləşdiyimiz satıcılar da, alıcılar da baş verənlərdən narazılıq edir.

Benzinin bahalaşmasından sonra təkcə ərzaq məhsullarında yox, qeyri-ərzaq məhsullarının qiymətində də artım hiss olunur. Paytaxt apteklərindən də bahalaşma dalğası keçir. Dərmanların qiymətində bir neçə faiz bahalaşma baş verib. Satıcılar deyirlər ki, hətta 10-25 faiz artan dərmanlar da var. Eyni zamanda, dərmanların bir müddət sonra təkrar bahalaşacağı istisna edilmir.

Ekspertlər isə bildirirlər ki, bahalaşma tezliklə bütün sahələri əhatə edəcək və ölkəni ciddi bahalaşma dalğası bürüyəcək.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, bahalaşma enerji daşıyıcıları, xüsusən də dizelin, benzinin qiymətinin qalxması ilə əlaqələndirilir. Bu səbəbdən yumurtanın, kartofun qiymətinin artması başadüşüləndir. Ancaq burada subyektiv amillər də yox deyil, yəni vəziyyətdən istifadə edən sahibkarlar qiyməti istədikləri şəkildə artırırlar.

Ekspert Məhəmməd Talıblı isə bildirir ki, baş verənlər bahalaşma dalğasının anonsudur. Yəni artan qiymət səviyyəsi iqtisadiyyatın strukturunda başqa korreksiyalar doğuracaq. Digər mal və xidmətlərin qiymətlər də artacaq. “Dizel yanacağı qalxırsa, bu kənd təsərrüfatı xərclərini və məhsulun maya dəyərində oturacaq ki, bu da kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə qiymətlərini artıracaq. Bununla bağlı elektrik enerjisinin, kommunal xərclərin, suyun, qazın qiyməti və tənzimlənən mal və xidmətlərin qiymət artımları olacaq. Ola bilsin ki, bu yanvar ayının 1-də baş verdi və yaxud bir az gecikə bilər. Amma bu, hökmən baş verəcək. Ölkədə istehlak malları üzrə belə bahalaşma eyni zamanda Tarif Şurasının qərarı ilə elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi hər 1000 kubmetr üçün 80 manata satılması ilə bağlı olması səbəb olacaq. Amma tənzimləyən mal və xidmətləri əhatə etməyəcək. Ümumiyyətlə istehlak bazarında və gündəlik aldığımız məhsullarında qiymətləri qeyri-ixtiyari olaraq qaldırılacaq”,- deyə o qeyd edir. Ekspertin sözlərinə görə, ölkə iqtisadiyyatında növbəti bir bahalaşma dalğasının əsası qoyulub: “Yeni dalğanın yaranması, sonra təsirlərinin daha da genişlənməsi gözləniləndir. Ona görə də bu, nəinki apteklərdə, ərzaq məhsullarında, hətta sənaye məhsullarının istehsalında və satışında da özünü göstərəcək. Bahalaşma yalnız ərzaq, qeyri- ərzaq məhsullarının əhatə etmir. Ölkədə həm tənzimlənən, həm tənzimlənməyən qiymətlərin hamısının artımına gətirib çıxaracaq. Bu, o deməkdir ki, ölkə iqtisadiyyatında eyni zamanda inflyasiya yaradan amillərin bahalaşması da ciddi olmayacaq. Ölkədə ikirəqəmli inflyasiyanın olması bu baxımdan başadüşüləndir. Ona görə də əhali bir tərəfdən həm bahalaşan qiymətlərlə, bahalı bazarla üz-üzə qalacaq, həm də əhalinin gəlirlərinin də artımında ciddi daxili və xarici impulslar olmayacaq. Nəticədə ölkədə yoxsulluğun səviyyəsinə də bu, çox ciddi təsir edəcək. Eyni zamanda ölkədə işsizlik, əmək problemlərini daha qabarıq formada özünü büruzə verəcək. Nəticədə hökumətin daha çox görməli işləri bir az da ağırlaşdırdacaq. Əhali qrupları arasında daha çox yoxsulluq dərinliyi olan vətəndaşların sayı daha da artacaq. Bu, ümumilikdə ölkə iqtisadiyyatını bahalaşdırma mərhələsinə daxil edəcək. Bu artımlar eyni zamanda ölkədə inflyasiya təzyiqlərini gücləndirəcək. İnflyasiya yaradan amillərin fəallaşması hesabına ölkədə pul-kredit sferasında vəziyyət çətinləşəcək. Yoxsulluğun artması, işsizlik və sosial sferaya neqativ təsirləri növbəti il ərzində özünü daha kəskin göstərəcək”.

Ekspert Qadir İbrahimli isə qeyd edir ki, benzin bahalaşması digər sahələrdə qiymət artımına təsir göstərdi və bu, gözlənilməz deyildi: “Sadə riyazi hesablamalar da göstərir ki, qiymət artımları qaçılmazdır. Ancaq məsələ burasındadır ki, benzinin bahalaşmasından qeyri-rəsmi inhisarlar bəhanə kimi istifadə edirlər. Tutaq ki, benzinin bahalaşmasından sonra məhsulun maya dəyərinə 5 qəpik əlavə olunubsa, qiyməti 20-30 qəpik bahalaşdırırlar. Sanki benzinin bahalaşmasından bəhanə kimi istifadə edirlər. Real olaraq artımlar olmalıdır, ancaq indiki kimi yox, normalara görə, bu, azdır. Tutaq ki, daşınma xərcləri bir qədər bahalaşıb, bütövlükdə götürəndə məhsulun maya dəyərində daşınma xərcləri heç vaxt 20-30 faiz ola bilməz. Ancaq bu bahalaşmadan sui-istifadə edənlər var”./musavat/
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı