Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2016

"Bəlkə bir namuslu məmur tapıla, problemi yuxarılara çatdıra"

Nəzərə alaraq ki, bu məmləkətdə heç kimin ərizəsi oxunmur və məmurlar öz vəzifələrini yerinə yetirmirlər, bu müraciəti burada yayıram ki, bəlkə bir namuslu məmur tapıla, problemi yuxarılara çatdıra.

Hörmətli Prezident!

Hörmətli Müdafiə Naziri!

Nəzərə almağınızı xahiş edirəm ki, şəhidlər və qazilər qohumlarına təhvil verildikləri andan onların dəfni, müalicəsi və ailə üzvlərinin qidalanması xərc tələb edir. Elə bilməyin ki, onlar da oliqarxlar, hakimlər, prokurorlar, dövlət qulluqçuları kimi təminatlıdırlar. Maddi problemlər elə yas mərasimlərinin təşkilindən başlayır.
Gözləməyin ki, şəhid yaxınları onlara verilməli olan və onsuz da heç nəyə yaramayan sığorta haqqlarını almaq üçün qapılara düşsünlər.
Təcili, həm də çox təcili surətdə, şəhid və qazilərimizin sığorta haqlarının onların ailələrinə çatdırılması üçün təsirli tədbirlər görün.

Heç olmasa, dəfnləri urvatlı olsun. Balalarını ALLAH(c.c) saxlayar.

Unutmayın: müharibəyə və şəhid olmağa hazır olan insanlara yenə də ehtiyacınız olacaq.
Dünya və olimpiya çempionları olan idmançılarımız kimi olmasa da, heç olmasa, onların ailələrinin problemlər içində boğulmasına imkan verməyin.

Hörmətlə, hüquqşünas Qurban Cəlal oğlu
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51