Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

Həsən Ruhani: Bu gün İslam dünyası üçün üç böyük təhlükə mövcuddur

“Bu gün İslam dünyası üçün üç böyük təhlükə mövcuddur- təfriqə, terrorizm və sionizm”. Bu barədə Türkiyədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündən qayıdan İran prezidenti Həsən Ruhani bildirib.

Mehrabad hava limanında jurnalistlərə açıqlamasında Həsən Ruhani İranın İƏT konfransında iştirakını yüksək qiymətləndirib. Onun sözlərinə görə, İslam ölkəninin hər fürsətdə İslam dünyasının vəhdət, birlik və həmrəyliyi üçün səy göstəmələri vacibdir.

H.Ruhani İƏT konfransını İslam aləmi üçün bir təfriqə, fitnə meydanına çevirmək istəyinin olduğunu, fəqət onların bir fikirlərinin əksinə, təşkilat üzvlərinin müsəlman dünyasını təhdid edən gerçək təhlükələri gündəliyə gətirdiklərini qeyd edib.

O, bildirib ki, İranın İslam dünyası üçün təfriqə, terrorizm və sionizmin üç böyük təhlükə olduğunu elan etməsi qaçılmaz idi. İran məhz bu mövqeyini ifadə edib.

İran prezidenti türk həmkarı və digər rəhbər şəxslərlə görüşlərinin Ankara ilə münasibətlərin daha da inkişaf etməsi üçün həyata keçirildiyini də vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında çox yaxşı razılaşmalar əldə olunub və bunların reallaşması ilə Tehran-Ankara münasibətlərində çox sürətli inkişaf müşahidə olunacaq.
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı