Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

Türkiyədə neft emalı zavodunda yanğın baş verib, ölən və xəsarət alanlar var

Türkiyənin Kocaeli vilayətində “Tüpraş İzmit Neft emalı zavodu” nda yanğın baş verib.

“Milliyet”-in verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yerli vaxtla saat 22:40-da əmələ gələn yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

İlkin ehtimala görə, yanğına səbəb qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması olub. Faktla bağlı araşdırma aparılır./apa/
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
21.01.17, 11:29