Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

Rüfət Səfərovun istintaqından xəbər yoxdur

“Üç ayda cəmi bir dəfə istintaqa dəvət olunmuşam”

Artıq bir neçə aydır ki, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla bağlı istintaq işindən heç bir xəbər-ətər yoxdur. Ölkə mediasında da bu barədə hər hansı məluamata rast gəlmək mümkün deyil. Odur ki, istintaq işindəki yeniliklərlə tanış olmaq məqsədi ilə Moderator.az olaraq R.Səfərovla əlaqə saxladıq.
Üç ay ərzində istintaqa cəmi bri dəfə dəvət edildiyini bildirən R.Səfərov, istintaqa dəvət almadığını, bu səbəbdən də istintaqın işinin hazırkı durumundan xəbərsiz olduğunu qeyd etdi:
“Cəmiyyətdən tam təcrid olunmasam da, müəyyən məhdudiyyətlər altında ev dustağı olaraq yaşayıram. Üç aya yaxındır ki, istintaq altındayam. Bu müddətdə cəmi bir dəfə istintaqa dəvət olunmuşam ki, bu barədə də informasiya vasitələrində məlumat verilib. Açığı, istintaqın nə yerdə olması, hansı insintaq hərəkətlərinin edilməsi barədə hər hansı məlumata malik deyiləm. Cünki qeyd etdiyim kimi, əlavə dindirmə olmayıb, bu və ya digər istintaq hərəkətinin iştirakçısı olmamışam.
Məlumdur ki, ağır cinayətdə ittiham olunuram. Cinayət Prosessual Məcəlləsinin tələbinə görə cinayət işi üzrə ibtidai istintaq ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci dörd ay keçdikdən sonra başa çatmalıdır. Təbii ki, əsaslar olarsa, qanunvericilik bu müddətin uzadılmasını istisna etmir”./moderator/
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38