Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

İsrailin aparteid başçıları məhkum edilir

İsrailin 10-cu kanalının verdiyi xəbərə görə, Cənubi Afrika Müsəlman Vəkilləri Cəmiyyəti İsrailin sabiq prezidenti Şimon Peresin çoxlu cinayətlərə mürtəkib olmasına rəğmən onu cinayət məsuliyyətinə cəlb etməyə cəhd edir. Qeyd edək ki, sabiq prezident Ş. Peresin Cənubi Afrikaya səfər etməsi planlaşdırılıb.
Vəkillər Cəmiyyəti Peresi Fransanın Əlcəzairə qarşı hərbi cinayətlərini himayə etməkdə, 1996-cı ildə Livanın cənubunda Qana kəndinin bombalanmasında müqəssir sayır.
Bu xəbərə görə, Vəkillər Cəmiyyətinin təlaşının ən mühüm səbəbi Peresin 70-80-cı illərdə Cənubi Afrikada Aparteid rejimini himayə etməsidir.
Mətbuat Araşdırma Şəbəkəsi Təşkilatı sionist aparteidlarının və Fələstini işğal edənlərin aşkar olunması çərçivəsində Afrika vəkillərinin bu istiqamətdə atdığı addımını alqışlayıb.
Həmçinin təşkilat öz bəyanatında bildirir ki, Ş. Peres şübhəsiz, Əlcəzair müsəlmanları əleyhinə müharibə edən Fransanın cinayətlərini dəstəkləyib və o, İsrailin işğal etdiyi Fələstin torpaqlarında yəhudi qəsəbələri salınmasının baş memarıdır.
463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP