Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

Ərəstun Oruclu: “MTN işinin bağlanmasında maraqlı olan qüvvələr kifayət qədər nüfuzludur”

Bir neçə ay öncə ölkə gündəminə şok informasiya kimi daxil olan MTN hadisələri bu gün yavaş-yavaş unudulmaqdadır. MTN-də ən yüksək postlarda oturan şəxslər haqqında qalmaqallı məlumatların verilməsi, 20-dən artıq əməkdaşının həbs edilməsi də bu məsələnin nə qədər ciddi olmasından xəbər verirdi. Amma bu gün bu mövzu sanki ən arxa plana keçirilib. Məxsusən də aprel hadisələrindən sonra MTN mövzusu gündəmdən çıxarılıb. Ekspertlərin fikrincə MTN işinin gündəmdən çıxarıması istiqamətində çox ciddi işlər aparılıb və bu proses davam etdirilir.

Politoloq Ərəstun Oruclu deyerler.org-a verdiyi açıqlamada qeyd edib ki, Eldar Mahmudovun demək olar ki, heç istintaqa cəlb edilməməsi, digərlərinin faktiki olaraq unudulması, məsələnin gündəmdən çıxarılması üçün edilən səylərin nəticələridir: “Hakimiyyətin daxilində çox yuxarı eşalonunda kimlərsə keçmiş MTN-nin sabiq rəhbərliyini himayə edir. Bu himayənin hansı səbəblərdən edildiyini söyləmək çox çətindir. Hər halda söhbət siyasi qərarlara təsiri olan insanlardan gedir. Bu aşkar şəkildə hiss olunur.
Eldar Mahmudovun demək olar ki, heç istintaqa cəlb edilməməsi, digərlərinin faktiki olaraq unudulması məsələnin gündəmdən çıxarılması üçün edilən səylərin nəticələridir.
Bu gün MTN mövzusu gündəmdə yoxdur. Əgər bu mövzu unutdurulursa, artıq yaxın zamanlarda cinayət işlərinin bağlanmasına da şahidlik edə bilərik. Ortaya müxtəlif şayiələr buraxılıb. Guya ABŞ-ın hansısa çevrələrində Eldar Mahmudovu himayə edirlər. Biz bunu araşdırdıq və məlum oldu ki, yalan informasiyadır.
Məqsəd də əsas himayədarı gizlətməkdən ibarətdir. Əsas himayədarın ölkə daxilində olması birmənalı şəkildə aydın məsələdir. Bu aradşrılıb və gəlinən qənaət budur. Görünən budur ki, MTN işinin bağlanmasında maraqlı olan qüvvələr kifayət qədər nüfuzludur. Görünür onlar Eldar Mahmudovun dəstəsindən, potensialından hakimiyyətdaxili digər rəqiblərinə qarşı istifadə etməyi planlaşdırır. Ortada başqa bir səbəbin olmasını düşünmürəm. Mətbuatın da MTN işini gündəmdən çıxartmağının bir səbəbi var, o da KİV-lərin nəzarətdə olmasıdır”.
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...