Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

24 yaşlı gənc həmkəndlisini yaba ilə vurdu

Qusarın Haçatala kəndində həmkəndlilər arasında düşən mubahisə birini xəstəxanaliq, digərini isə həbsxanalıq edib. Criminal.az ans-ə istinadən xəbər verir ki, hərbi xidmətdən bir gün əvvəl qayıtmış 20 yaşlı gənc 24 yaslı Haçatala kənd sakininə yaba ilə xəsarət yetirib. Qusar PŞ-nin baş müstəntiqi Rəfael Tağıyevin verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.

“Qusar rayonunun Haçatala kənd sakini Cinnətov Ruslan İlqar oğlu ilə Həmidov Ravil Elman oğlu arasında mubahisə baş vermiş və həmin mubahisə nəticəsində Həmidov Ravil Ruslan Cinnətovun qarın nahiyəsinə bir dəfə yaba ilə vuraraq sonuncuya ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır”, - deyə Rəfael Tağıyev bildirib.

Qusar polisi artıq Ravil Həmidovu yaxalayib. Yaba xəsarəti alan Ruslan Cinnətov isə Xaçmaz rayon Mərkəzi xəstəxanasında mualicə olunur.
463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:53
İrandan