Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Gədəbəyin icra başçısı indi də əkin sahəsində bazar açır

Bir qrup sahibkar Ramiz Yediyarovdan baş prokurora və komitə sədrinə şikayət etdilər
Gədəbəy rayonundan bir qrup sahibkar baş prokuror Zakir Qaralova və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıb. Surəti redaksiyamıza göndərilən müraciətdə deyilir:

“Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun daha bir qanunsuz əməli ilə bağlı sizə müraciət edərək tədbir görməyinizi xahiş edirik. Məlumunuz edirik ki, Yediyarov rayonun Arıxdam kəndinin ərazisində əhaliyə məxsus kənd təsərrüfatı təyinatlı pay torpaqlarının arasında yeni bazar tikdirib. Bizdə olan məlumata görə, bazarın tikildiyi ərazi pay torpağıdır və bu tikinti üçün müvafiq dövlət orqanlarından icazə alınmayıb”.

Sahibkarlar müraciətlərində yazırlar ki, rayonda yeni bazar tikilməsinin əleyhinə deyillər. Amma bazarın rayon mərkəzindən xeyli kənarda, xüsusi ilə əkin sahələrinin arasında, kənd təsərrüfatı təyinatlı torpaqlarda, qeyri-qanuni tikilməsi yolverilməzdir: “Hamıya məlumdur ki, bazar olan ərazidə məişət tullantıları həddən artıq çox olur. Hətta rəhbərliyi normal işləyən rayonlarda belə bazar ətrafı ərazilərdə zibillənmənin qarşısını almaq olmur. Nəzərə alsaq ki, bazar tikilən ərazi çox küləklidir və Ramiz Yediyarov "komxoz"-un (Kommunal Təsərrüfat Şöbəsi-E.H) yeganə yük maşınını qızıl şirkətinə hər ayı min manata icarəyə verib, bəri başdan demək olar ki, bazar işə düşəndə bu ərazidə əkin əkən insanlar torpaqdan kartof, taxıl yerinə polietilen torbalar, butulkalar və s. min bir adda zir-zibil yığacaqlar. Bu da olacaq Ramiz Yediyarovun ölkənin aqrar sektoruna daha bir zərbəsi olacaq".

Sahibkarlar müraciətlərində yazırlar ki, R.Yediyarov bu işdə tək deyil: “Ramiz Yediyarov bu qanunsuzluğa, daha dəqiq desək, cinayət əməlinə tək başına yol vermir. Onun himayəçısi var. Belə ki, vergilər naziri Fazil Məmmədov özünün Vəkil adlı yaxın qohumu vasitəsilə bazarın tikintisinə nəzarət edir. Hörmətli Kərəm müəllim, biz bilirik siz bu bazarın həmin ərazidə tikilməsinin əleyhinəsiniz, amma sizin tikintini dayandırmaq səlahiyyətiniz də var və o, səlahiyyəti sizə sizə cənab prezident verib. Həmin səlahiyyətdən istifadə etmək üçün F.Məmmədovdan icazə almağa ehtiyac yoxdur.

Hörmətli Zakir müəllim, biz yuxarıda heç bir araşdırmaya, istintaqa ehtiyacı olmayan, minlərlə insanın gözü qabağında baş verən, hətta demək olar ki, nümayişkaranə şəkildə edilən böyük bir qanunsuz əməldən bəhs etdik. Ramiz Yediyarovun bu əməlinin qarşısını almağı sizdən xahiş edirik. Müraciətə əlavə etdiyimiz fotoşəkillər də sübut edir ki, yeni inşa edilən tikili bazar üçün yaramır. Sadə insanlar üçün həmin bazara gedib-gəlmək ciddi bir problem olacaq. Sadəcə bu tikili hazırda fəaliyyətdə olan bazarın rayon mərkəzindəki ərazisinin ələ keçirilməsi üçün qurulan oyundur. Və bu oyun böyük qanunsuzluqlarla müşayiət olunur. Sizləri bu qanunsuzluqlara son qoymağa çağırırıq"./musavat/
456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.