Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Türk nazir 300 minlik qol saatı rüşvətini necə alıb...

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanla bağlı çox maraqlı rüşvət iddiası meydana çıxıb.

Məlumata görə, türk nazir Cənubi Azərbaycan mənşəli biznesmen Rza Zərrabdan ona “Patek Philippe” markalı İsveçrə qol saatı almağı şəxsən özü xahiş edib.

Türk mətbuatı yazır ki, 300 min avro qiyməti olan bu bahalı saat bu il sentyabrın 24-də gətirilib və nazir Z.Çağlayanın köməkçisi Onur Kayaya əlbəəl verilib. Saatı Rza Zərrabın adamı Murad Yılmaz adlı biri gətirərək O.Kayaya şəxsən təqdim edib. Murad Yılmaz qol saatını nazirin köməkçisinə verəndən sonra öz patronu Rza Zərraba SMS yazaraq tapşırığın yerinə yetirildiyini bildirib.

Türk mətbuatı Onur Kaya ilə Rza Zərrab arasındakı telefon danışığının stenoqramını dərc edib. Orada deyilir:

Onur Kaya: - İstanbulda nə vaxt olacaq?

Rza Zərrab: - Yox, İstanbulda yox. Mən onu axı Ankaraya göndərirəm.

Onur Kaya: - Ankarada da olar. Fərqi yoxdur. Ankara lap yaxşı.

Növbəti telefon danışığı sentyabrın 24-də Murad Yılmazla iqtisadiyyat naziri Z.Çağlayanın təhlükəsizlik xidmətinin Əmrah adlı rəisi arasında olub:

Murad Yılmaz: - Mən İsveçrədəyəm. Məni bura şefim göndərib. Saat 12:00-da Ankarada olacam. De görüm neyləyim?

Əmrah: - Göndərəcəyin şeyi göndərəcəksən?

Murad: - Hə, məndə bəy əfəndi üçün bir şeylər var.

Əmrah: - Başa düşdüm.../Virtualaz/
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...