Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Beyləqan məktəblərində biabırçı vəziyyət

Beyləqan təhsilində biabırçı vəziyyət yaşanır. Durum o qədər eybəcərdir ki, artıq rayon sakinləri uşaqlarını harada oxudacaqlarının dərdini çəkməyə başlayıblar.
Rayonun 1 saylı Orta Məktəbində durum daha acınacaqlıdır. Belə ki, məktəbin direktoru Gülbəniz xanım şagirdlərə qəti şəkildə tapşırıq verib ki, tualel tikintisi üçün pul verməlidirlər. Təlimata əsasən 1-8-ci sinif şagirdləri 100 manat, 9-11-ci sinif şagirdləri isə 200 manatdan pul toplamalıdırlar.
Maraqlıdır ki, Gülbəniz müəllimə bu qədər vəsaitlə həqiqətən ayaqyolu tikmək istəyir? Axı, bu həddindən artıq böyük məbləğ edir və o pula Beyləqandakı bir neçə məktəbdə tualet inşa etdirmək olar. Görünür, Gülbəniz xanım, həmin pulları heç də tualel inşası üçün deyil, öz məqsədləri üçün toplatdırır.
Belə bir addımın atılmasının səbəbkarı kimi direktor heç də özünün adını çəkmir. O bildirir ki, bütün pullar Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun tapşırığı əsasında yığılır.
Qeyd edək ki, 1 saylı orta məktəbdə yaşanan biabırçılıqlar bununla bitmir. Belə ki, həmin məktəbin «zavuçu» Lətafət xanım sənət təşkilatçılığı fənninin tədrisini başqa şəxsin adına yazaraq, pulunu iki ildir Gülbəniz və Tofiq Sadıqov verir. Lətafət xanım 7-ci sinif rəhbərliyini qardaşı arvadının adına yazdıraraq, onun maaşını özünə götürür. Həmçinin həmin məktəbin müəlliməsi Səmayil Məhərrəmova dil-ədəbiyyatdan dərs deməli olduğu halda, mütəmadi olaraq İrana gedib-gəlir. Ticarətlə məşğul olan müəllimənin hansı ölkəyə səfər etməsi elə də önəmli deyil. Önəmli olan odur ki, həftələrlə İranda qalmasına rəğmən, Səmayil müəlliməyə dərs saatları yazılır. O da direktor və təhsil şöbəsinin müdirinin qarşısında «xəcalətli» qalmayaraq, onlara mütəmadi olaraq «hədiyyələr» gətirir.
Bu əsnada, Beyləqan təhsilində adı olub, özü olmayan şagirdlərin də azlıq təşkil etmədiyi vurğulanır. 1 saylı orta məktəbin jurnalında adı yazılmış olan Nərmin Hüseynli onlardan biridir. Deyilərlərə görə, həmin şagirdin atası hərbçidir və uşağın da faktiki olaraq harada təhsil aldığı məlum deyil. Deyilənlərə görə, Nərmin Hüseynliyə edilmiş güzəştə səbəb onun valideynlərinin Tofiq Sadıqov və həyat yoldaşı Tünzalə xanımla yaxın olmasıdır./jam/
484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53