Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyinin bəyanatı: “Qarabağ mütləq Azərbaycan xalqına qayıtmalıdır”

Qarabağ münaqişəsində təsirli rola malik ölkələr siyasi və uzunmüddətli həll yolu təqdim etməklə bu köhnə yaranı həmişəlik sağaltmalıdır.

Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyininmövqelərini izah edən şura Qarabağda son hadisələr barədə bəyanat vermişdir.
Sözü gedən şura bəyanatla yanaşı regionda baş verən hadisələri təhlil edib və Qarabağın yaxın gələcəkdə İŞİD-in cövlangahı olacağına toxunaraq deyib: “Son vaxtlarda İŞİD-in Suriya və İraqda məğlubiyyətlərinə diqqət etməklə münaqişələr üçün əlverişli şəraiti olan Qafqaz regionu bu terrorçu qrup üçün münasib yer ola bilər. Vəhabi ideologiyası bu məntəqədə nüfuz etmişdir və ona görə də Suriya, İraq və Liviyada İŞİD-in terrorçu qruplarına qoşulan əsas qüvvələr məhz bu məntəqədəndir. Münaqişə davam edəcəyi surətdə Qafqaz, İŞİD-in yeni hədəfinə çevriləcək. Bu hadisə münaqişə tərəfləri, habelə İran və Rusiya, bəlkə bütün məntəqə üçün böyük təhlükəyə səbəb ola bilər”.
Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyinin bəyanatında deyilir: “Bütün dünyanın diqqəti Suriya böhranına və bu ölkədə beş illik müharibəyə son qoymağa yönəldiyi bir durumda Azərbaycan və Ermənistan arasında köhnə yaranın üstü 22 ildən sonra yenidən açıldı, Qarabağ məntəqəsində toqquşmalara səbəb oldu, hamının diqqətini özünə cəlb etdi. Belə ki, dünyada yeni böhranın başlanması narahatlığını artırdı.
Azərbaycan və Ermənistan ölkələri arasında iyirmi ildən çoxdur ki, atəşkəs mövcud idi. Lakin son toqquşmalar göstərdi ki, iki ölkə arasında ixtilaflar bu zaman fasiləsində kül altında qalmış köz kimi imiş“.
Bəyanatda həssas Qafqaz regionunda bu köhnə yaranın açılmasında və toqquşmaların kəskinləşməsində Amerika, Türkiyə və Qüdsü işğal edən sionist rejimin birbaşa və dolayısı ilə dəstək və müdaxilələri xatırlanaraq deyilir:
“Qarabağ münaqişəsində diqqəti çəkən və şübhəli məsələ belə bir zamanda həssas Qafqaz regionunda bu köhnə yaranın açılmasında və toqquşmaların kəskinləşməsində Amerika, Türkiyə və Qüdsü işğal edən sionist rejimin birbaşa və dolayısı ilə dəstək və müdaxilələridir. Aydındır ki, Qafqazda sabitsizliyin genişlənməsinin bir müddətdən sonra məntəqə ölkələrinin, xüsusilə də İran və Rusiyanın, hətta Türkiyənin təhlükəsizliyi üçün mənfi nəticələri ola bilər. Ona görə də böhranın qarşısını almaq üçün region güclərinin aktiv diplomatik hərəkətlərə keçməsi lazımdır”.
Qarabağ münaqişəsi təkfirçilərin regiona qayıtması üçün əlverişli imkan yaradır
Ərdəbil Universitetlərinin Tələbə Bəsicliyinin mövqelərini izah edən şura öz təhlilində deyir: “Qarabağda toqquşmaların kəskinləşməsindən daha önəmli narahatlıq, İŞİD terrorçularının bu məntəqəyə daxil olmalarıdır. Qafqaz məntəqəsi etnik və din müxtəlifliyinin çoxluğuna rəğmən, təkfirçilərin bura cəzb edilməsi üçün əlverişlidir və Qarabağda toqquşmaların kəskinləşməsi, təhlükəsizlik boşluğunun yaranması ilə təkfirçilərin bu məntəqəyə qayıdışı üçün yaxşı imkan yaranacaq. Çünki İŞİD-in Suriya və İraqda məğlubiyyətlərinə diqqət etməklə Qarabağda gərginliyin yaranması təkfirçilər üçün imkan yaradır ki, Rusiyanın maraqlarına yaxından zərbə vura bilsinlər və İranın sərhədlərində əngəllər törətsinlər. Ona görə də hazırkı zamanda gözlənilmədən Qarabağ münaqişəsinin kəskinləşməsi Amerika və İsrail kimi transregional güclərin böhranı Qafqaz regionuna, Rusiya və İranın sərhədlərinin yaxınlığına köçürmək istəmələri gümanını artırır. Digər tərəfdən Azərbaycan Respublikası son illərdə sionist rejimin neftini təmin edən əsas ölkələr sırasında olub, iki tərəf arasındakı münasibətlər ən yaxşı və ən yüksək səviyyədədir. Azərbaycan, sionist rejimindən milyardlarla dollar həcmində silah-sursat almışdır və bu vasitə ilə İsrailə böyük mənfəət vermişdir. Bu üzdən sionist rejim Azərbaycanı özündən asılı etmək, ona daha çox nüfuz etmək, öz iqtisadi mənfəətlərinin kəsb etmək, xüsusilə də silah şirkətlərinə qazanc gətirmək üçün Qarabağ münaqişəsinin davam etməsini zəruri bilir. Belə ki, sionist rejimin Haaretz qəzeti açıq-aydın bildirdi ki, Qarabağ münaqişəsinin həllində sionist rejimin maraqlı deyil”.
Qarabağ mütləq Azərbaycan xalqına qayıtmalıdır
Tələbə Bəsicliyinin mövqelərini izah edən şura artırıb: “Qarabağ, İslam torpağıdır və Azərbaycanın dövlət adamlarının bacarıqsızlığı üzündən Ermənistan tərəfindən işğal edilmişdir. Ermənistan dövləti BMT-nin TŞ-nın Qarabağı Azərbaycana qaytarmaq haqqında qətnamələrinə məhəl qoymamışdır. Qarabağ mütləq Azərbaycan xalqına qayıtmalıdır. İşğalın davam etməsi və zamanın ötməsi bu ərazinin Azərbaycandan ayrılmasına səbəb ola bilməz.
Amma bu iş qonşu ölkələrin və beynəlxalq təşkilatların daha artıq təlaşını tələb edir. Acılar olsun ki, indiyə kimi Qarabağın Azərbaycana qaytarılması, münaqişənin həll olunması, bu həssas zamanda yeni böhran və sabitsizlliyin qarşısının alınması üçün lazım qədər siyasi təzyiqlər olunmayıb”./qafqaz.ir/
542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08