Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Leyla və Arif Yunus ölkəni tərk etdi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Arif Yunus müalicə almaq üçün Azərbaycanı tərk edib.

Bu barədə Feysbukda vəkil Elçin Sadıqov məlumat yayıb.

“Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandırılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar. Təbii ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək”, - Elçin Sadıqov qeyd edib.

Qeyd edək ki, ər-arvad Hollandiyaya gedib./axar/
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber