Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Astaralılar millət vəkilini axtarışa veriblər

Yerli sakinlər bu vaxta qədər onu nəinki rayonda, heç televizorda da görmək şərəfinə nail olmayıb

infom.az-ın araşdırma qrupu əhatə dairəmizə aid olan rayonlar üzrə seçici-deputat münasibətlərini öyrənməkdə davam edir.

Bu dəfə haqqında söhbət açacağımız şəxs 77 saylı Astara seçki dairəsindən mandat almış Aslan Cəfərovdur. Yerli sakinlərin söylədiyinə görə, onlara hələ ki deputatlarını canlı görmək nəsib olmayıb. Problemlərlə yerində tanış olması üçün sakinlər bir neçə dəfə A. Cəfərova ismarıc göndəriblər, o da “məntiqli” cavab yollayıb: "Məni seçicilər deputat seçməyib ki, onlara da yardım edim. Məni kim təyin edibsə, ona da qulluq edirəm.”

1973-cü il təvəllüdlü Aslan Cəfərov biznes adamı kimi tanınıb. O, Azərbaycana gətirilən uşaq qidalarının, həmçinin, körpələrin alt geyimi olan «Pampers» və bu kimi digər məhsulların idxalında inhisarçı olan «Diplomat-1» firmasının sahibidir.

Milli Məclisin sessiyalarında bir dəfə olsun belə yaddaqalan çıxış etməyən, müzakrələrə qoşulmayan deputat, hətta ona yaxınlaşıb müsahibə almaq istəyən jurnalistlərə belə arxa çevirir. 2011-ci ildə Parlament Jurnalistlər Birliyinin keçirdiyi sorğunun nəticəsinə əsasən “ilin ən passiv deputatı” hesab edilib. O, google-də ən az axtarılan millət vəkillərindəndir.

Astara sakinlərindən biri deputatlarının sorağının Uruqvay və Belarusdan gəldiyini eşidəndə təəccübləndiklərini deyir: “Aslan Cəfərov çıxışlarının birində bildirib ki, “Fəal ictimai müzakirələr keçirilməli, təkliflər verilməlidir.” Amma adam gərək öz seçki dairəsində üzə çıxa, gözə görünə ki, dərd-sərini müzakirə edəsən, təkliflərini verəsən. Belə çıxır ki, biz onu ya Uruqvayda tapmalıyıq, ya da Belarusda.”
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı