Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Zərif: "Biz Suriyanın qanuni hökümətinin müraciəti əsasında İŞİD-ə qarşı mübarizədə yardım edirik"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, rəsmi Tehran Suriyanın qanuni hökümətinin müraciəti əsasında bu ölkədə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmağa yardım edir.

Zərif qeyd edib ki, İran terrora qarşı mübarizə aparır.

"Biz Suriya xalqına və qanuni hökümətinə İŞİD-ə qarşı mübarizədə yardım edirik. Suriyanın qanuni höküməti Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır.
Biz həmçinin Suriya ilə bağlı keçirilən danışıqlarda aktiv rol oynayırıq. Bu danışıqlar atəşkəslə nəticələndi. Lakin İŞİD-ə qarşı mübarizə davam edir. Suriya xalqı müstəqil şəkildə öz taleyini həll etməlidir", - deyə Zərif bildirib./deyerler.og/
504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP