Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Çiyələk yeməyin faydaları

Bir çoxları çiyələyi ancaq mövsümündə yeməyə çalışır. Ancaq həkimlər istixanada yetişən çiyələklərin də ən az mövsüm çiyələyi qədər faydalı olduğunu deyirlər.
Onların sözlərinə görə, ümumiyyətlə, qırmızı rəngli meyvə və tərəvəzlərə hər gün süfrəmizdə yer ayırmalıyıq.
Çiyələyin 7 faydasını sizə təqdim edirik:

1.Bir kasa çiyələk sadəcə 53 kalori ehtiva edir. Üstəlik, tərkibində sağlamlıq üçün faydalı liflər var ( 3.3 qram).
2. Çiyələkdə portağaldan daha çox C vitamini var. Bir kasa çiyələk gündəlik C vitamini ehtiyacını ödəyir.
3.Çiyələyin qlisemik indeksi aşağıdır. Buna görə də qan şəkərinin səviyyəsini çox yüksəltmir.
4.Çiyələk digər meyvələrlə müqayisədə daha az şəkər ehtiva edir. 90 qram çiyələkdə 4.1 qram şəkər var.
5.Antioksidant baxımından zəngindir. Ona görə də dərini gəncləşdirir. Hüceyrələrin yenilənməsini sürətləndirir.
6.Dişlərin ağarmasına səbəb olan turşular ehtiva edir.
7.Həftədə 3 dəfə çiyələk yedikdə infarkt riski 20 faiz azalır.
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber