Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

İran qitələrarası ballistik raketi sınaqdan keçirdi

Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinad edən “Kommersant” nəşri yazıb. Nəşrin mənbələri bildirir ki, raket yerli vaxtla saat 12:33-də Dəşte-Kəvir səhrasındakı Semnan poliqonunda işə salınıb. Raketin baş hissəsi İranın cənub rayonlarından birinə düşüb.

Sınağın uğurlu həyata keçirildiyi bildirilir. Mənbələr qeyd edirlər ki, hazırda Rusiya mütəxəssisləri raketin xarakteristikalarının təyini üçün alınan informasiyaları təhlil edirlər. Raketin sınağı Armavirdəki “Voronej-DM” və Orskdakı “Voronej-M” tipli radiolokasiya stansiyaları tərəfindən qeydə alınıb.

Sınağın keçirilməsi haqqında İran hakimiyyəti hələ rəsmən açıqlama verməyib./publika/
428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
<